Bu da yeni nazirlərimiz - SİYAHI

24 Aprel, 2018 08:30 | Siyasət | Baxış sayı: 1023
Fuad Hümbət oğlu Nağıyev
Fuad Hümbət oğlu Nağıyev

Prezident daha 6 nazir təyin etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb. İstiPress-in məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilsinlər:

1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;

2. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;

3. Azərbaycan Respublikasının mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;

4. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;

5. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;

6. Azərbaycan Respublikasının təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov;

7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;

8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;

9. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;

10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev;

11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;

13. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

14. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;

16. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.

Xatırladaq ki, siyahıda köhnə nazir və komitə sədrləri ilə yanaşı yeni adlar da yer alıb.

Bundan öncə prezidentin təklifi ilə baş nazir postunda uzun illər xidmət edən Artur Rəsi-zadəni Novruz Məmmədov əvəz edib. Dövlət başçısının sərəncamı ilə həmçinin Yaqub Abdulla oğlu Eyyubov, Əli Cavad oğlu Əhmədov, Əli Şamil oğlu Həsənov, Hacıbala İbrahim oğlu Abutalıbov baş nazirin birinci müavinləri təyin edilib. 

Rəhbəri dəyişən nazirliklər arasında isə əmək və əhalinin sosial müdafiəsi naziri (Sahil Rafiq oğlu Babayev), kənd təsərrüfatı naziri (İnam İmdad oğlu Kərimov), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri (Rövşən Şükür oğlu Rzayev) də var.