Gürcüstanla sərhəddimiz 27 günlük bağlandı

24 Mart, 2020 09:37 | Siyasət | Baxış sayı: 32
“Qırmızı körpü” sərhəd keçid məntəqəsi
“Qırmızı körpü” sərhəd keçid məntəqəsi

Ancaq yükdaşımalar üçün tranzit dəhliz işləyir

Azərbaycanla Gürcüstan arasında sərhədin aprelin 20-dək bağlı saxlanılmasına qərar verildi. Bu abrədə Nazirlər Kabinetində yaradılan Operativ Qərargahdan məlumat verilib. 

Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.

Yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.