Cəbhədə gərginlik - erməninin meyiti ərazidə qaldı, atışma gedir

24 Mart, 2020 11:45 | Siyasət | Baxış sayı: 1083
Səngər
Səngər

Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Bu barədə məlumat Müdafiə Nazirliyindən verilib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.