Ermənilər hücuma çalışdı - Azərbaycan Ordusu şəhid verdi

24 Fevral, 2020 11:37 | Siyasət | Baxış sayı: 3289
Şəhid cənazəsi
Şəhid cənazəsi

Ciddi itkilər verən düşmənin bir zabiti ağır yaraldı, biri isə öldürülüb

 Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məluymata görə, 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülüb. 

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.