Ermənistan ordusu əsgər itirdi

24 Fevral, 2019 18:55 | Siyasət | Baxış sayı: 153

Hərbçi maşını su anbarına düşüb

Ermənistanın Tavuş rayonunun eyniadlı kəndində hərbçinin olduğu avtomobil su anbarına aşıb.

İstiPress-in "news.am"a istinadən məlumatına görə, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi xəbər verib.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sükanı arxasında olan gecə növbəsinin əsgəri həyatını itirib. Onun meyiti maşından çıxarılıb.

Xilasedicilər avtomobili su anbarından çıxarmaq üçün hadisə yerinə xüsusi texnika gətirib.

Məlumata görə, polis və hərbi hissə ölən hərbçinin kimliyini müəyyənləşdirməyə çalışır.