Keçmiş nazirlər prezidentin köməkçiləri oldular

24 Yanvar, 2020 11:49 | Siyasət | Baxış sayı: 45
Müavin olan nazirlər
Müavin olan nazirlər

Bu barədə Putin özü fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin özünə iki yeni köməkçi təyin edib. Bu barədə Putin müvafiq fərman imzalayıb.

İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, dövlət başçısının yeni köməkçiləri sabiq nazirlərdir. Bunlar İqtisadi İnkişaf naziri Maksim Oreşkin və keçmiş mədəniyyət naziri Vladimir Medinskidir. 

Keçmiş baş nazir müavini Dmitri Kozakov isə Prezident Admnistrasiyasırəhbərinin müavini olub. Kozak Kremldə üç müavindən biri seçilib.