Dünya qorxu içərisində - sirli virus sürətlə yayılır, 25 ölü

24 Yanvar, 2020 08:35 | Siyasət | Baxış sayı: 56
Çin
Çin

On şəhərdə nəqliyyatın hərəkəti dayandırıldı

Çində koronovirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 835-ə, bu virus səbəbindən ölənlərin sayı isə 25-ə çatıb. Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində, biri isə Xubey vilayətində qeydə alınıb.

Çin Maliyyə Nazirliyi koronovirusdan zərər çəkmiş Xubei vilayətinə kömək etmək üçün 1 milyard yuan (təxminən 144 milyon ABŞ dolları) ayırıb.

Virusun sürətlə yayılması ilə əlaqədar olaraq Xubey vilayətində ona yaxın şəhrəd ictimai nəqliyyatın hərəkəti dayandırlıb. Ən ciddi vəziyyət isə virusun mənbəyi olan Uxan şəhərindədir. Bu şəhərdə hava limanında uçuşlar da ləğv edilib. Xüsusi səbəb olmadan şəhərdən çıxmamağı tövsiyə edilib.

Qeyd edək ki, koronoviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Virusa yoluxanlarda qızdırma, hərarət, soyuqlama əlamətləri müşahidə edilir.