Böhran yaradan görüntü - prezidentin köməkçisinin əli havada qaldı VİDEO

24 Yanvar, 2020 13:42 | Siyasət | Baxış sayı: 147
Soyqırımı tədbiri
Soyqırımı tədbiri

Şahzadə Trampın köməkçisinin yanından düz keçdi

Qüdsdə keçirilən soyqırımı tədbirində çəkilən görüntü siyasət dünyasında qalmaqala səbəb olub. Belə ki, Böyük Britaniya şahzadəsi Çarlz ABŞ prezidenti Donald Trampın köməkçisi Maykl Pensi ilə görüşməyib. Bu anın görüntüləri isə sosial şəbəkələrdə paylaşılıb. 

Holokosta həsr edilən tədbirin keçirildiyi zala girən liderlər sıra ilə bir-biri ilə salamlaşıblar. Onlardan biri də şahzadə çarlz olub. O, salondakı liderlərin əlini sıxsada, Trampın köməkçisini görməməzlikdən gələrək, yanından keçib. 

Şahzadənin rus lider Vladimir Putin ilə isti münasibəti də diqqətdən qaçmayıb. Qalmaqallı videodan sonra həm Ağ ev, həm də Bukinqham  sarayı ard-arda açıqlamalar veriblər. Açıqlamada salondakı tədbirdən öncə iki lidein uzun və səmimi söhbət etdikləri qeyd edilib.