Anar: "Namizədliyimi irəli sürəcəm"

24 Yanvar, 2020 15:58 | Siyasət | Baxış sayı: 114
Anar- Xalq yazıçısı
Anar- Xalq yazıçısı

Bunu jurnalistlərə açıqlamasında deyib

"Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm".

İstiPress-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib.

"Bu il Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Amma qurultayın tarixi haqqında hələlik dəqiq məlumat yoxdur. Hesab edirəm ki, bu il ərzində qurultay baş tutacaq və qurultayda sədr vəzifəsinə öz namizədliyimi irəli sürəcəyəm", - o qeyd edib.