BMT Baş Assambleyası Krımla bağlı qətnamə qəbul etdi

23 Dekabr, 2018 13:50 | Siyasət | Baxış sayı: 75
Rusiya xüsusi təyinatlıları Krımda
Rusiya xüsusi təyinatlıları Krımda

Rusiya daimi nümayəndəliyinin təmsilçisi qətnamənin son dərəcə siyasiləşdirildiyini bildirib.

BMT Baş Assambleyası Ukraynanın Krımda insan haqlarının pozulması ilə bağlı qətnaməsini qəbul edib.

İstiPress-in məlumatına görə, səsvermə zamanı 65 ölkə sənədin lehinə, 27-si isə əleyhinə səs verib, 70 ölkə bitərəf qalıb.

Baş Assambleyanın iclasında çıxış edən Rusiya daimi nümayəndəliyinin təmsilçisi qətnamənin son dərəcə siyasiləşdirildiyini, etibarsız və saxtalaşdırılmış məlumatlara əsaslandığını bildirib.

Daha əvvəl BMT Baş Assambleyası "Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərinin, Qara və Azov dənizlərinin bölgələrinin hərbiləşdirilməsi problemi" barədə qətnamə qəbul edib.