Türkiyədən ərəblərə unudulmaz dərs

23 Dekabr, 2017 14:20 | Siyasət | Baxış sayı: 572
Fəxrəddin Paşa
Fəxrəddin Paşa

Bələdiyyə başçısı tapşırıq verdi

Türkiyədən ərəblərə dərs. İstiPress-in məlumatına görə, Ankara bələdiyyəsi Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi yerləşən küçənin adını dəyişir. Küçə "Fəxrəddin Paşa" adlanacaq. Artıq bələdiyyə başçısı Mustafa Tuna bununla bağlı təlimat verib.

Bələdiyyə məclisi bu qərarı təsdiqləyəndən sonra səfirliyin önündə küçənin adı yazılan lövhə asılacaq. 

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Şeyx Abdullah bin Zayedin dedikləri türkləri hiddətləndirib. Bin Zayed türkləri hədəf alan mesaj paylaşıb. O, türkleri 1916-cı ildə cinayətlər törətməkdə ittiham edib. Onun paylaşdığı tvitdə Mədinənin müdafiəsinin qəhrəmanı olan Fəxri Paşanın savaş zamanı cinayət törətdiyi, ərəblərdən pul və dəyərli əyazmaları oğurladığını iddia edilib. "Bunlar Ərdoğanın əcdadları və onların ərəblərlə keçmişidir".  

Ərəb nazirin təhqirinə cavab gecikməyib. Ərdoğanın köməkçisi İbrahim Kalın nazirin cavabını da elə sosial şəbəkədən verib. O, tviti utancverici adlandırıb."İngilislərin planlarından Mədinəni qoruyan Fəxrəddin paşa idi. Nəyin bahasına olursa olsun prezidentə hücum etmək yeni dəbdir?".