İsrail bomba yağdırdı

23 Dekabr, 2017 11:25 | Siyasət | Baxış sayı: 257
Qırıcılar
Qırıcılar

Qolan təpələrinə aviazərbələr endirilib

İsrail Suriyanı bombalaçdı. İstiPress-in məlumatına görə, İsrail Hərbi hava Qüvvələri dekabr ayı ərzində ikinci dəfə analoji addım atıblar.

Qırıcılar Dəməşq ətrafındakı ərazilərə, Qolan yüksəkliyindəki adı açıqlanmayan hərbi bazanın ərazisinə aviazərbələr endiriblər. Liviya mətbuatının məlumatına görə, zərbələr insan təlafatı olmadan ötüşüb. 

Suriya tərəfi bu barədə hər hansı açıqlama verməyib. 

Xatırladaq ki, bundan öncəki bombardıman dekabrın 2-də həyata keçirilmişdi.

Qolan təpələri Suriya və israil arasında mübahisəli ərazidir. Qolan platosu adı ilə də tanınan təpələr Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən tutulub. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.