Ərəblər Ermənistanda böyük ərazilər alır

23 Dekabr, 2017 17:58 | Siyasət | Baxış sayı: 668
Kor Virab kilsəsi, İrəvan - arxa fonda Ağrı dağı
Kor Virab kilsəsi, İrəvan - arxa fonda Ağrı dağı

Cənubi Qafqazda Böyük Orta Şərq layihəsinə start verilib

Ərəblər Ermənistanda böyük ərazilər alır.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın Şərabçılar İttifaqının rəhbəri Avaq Arutunyan “1in.am”a müsahibəsində bildirir.

Ermənistan torpaqlarının yarıdan çoxunun əkilmədiyini bildirən Arutunyan ərəblərin çoxillik bitkilər əkməkdə maraqlı olduğunu vurğulayır. Onun sözlərinə görə, ərəblərin aldıqları ərazidən məhsulları yalnız 5-7 ildən sonra götürmək mümkün olacaq.

Beləliklə, ultra millətçi semit təşkilatları tərəfindən düşünülən Böyük Orta Şərq layihəsinin Ermənistan ərazisini də əhatəsinə aldığını görmək olur. Həmin layihəyə görə, Dəclə və Fərat çaylarının yuxarı başı, yəni Türkiyə güney-doğusu da gələcəkdə samilərin (ərəb və yəhudilərin) yaşayış zonasına çevrilməlidir. Çünki sami geni daşıyanların gələcək yurdu olacaq Böyük Orta Şərqin su qaynaqları məhz bu zonadan başlayır. Türkiyədə 1915-ci ildə başlamış erməni qiyamları, 1985-ci ildə fəallaşmış PKK terroru həmin zonanın boşaldılmasına xidmət edib.

Bu baxımdan, həmin zonaya yaxın Qərbi Azərbaycanın Araz kimi iri su mənbəyi də maraqlı ola bilər. Hazırda ermənilər miqrasiya edərək Qərbi Azərbaycan torpaqlarını tərk edirlər. Buna görə də ərəb varlıları həmin torpaqları indidən ələ keçirərək, yəqin ki, gələcəkdə samilərin yaşayış zonasına çevirməyi planlaşdırırlar.