Qəhrəmanları unutmaq olmaz!!!!

23 Noyabr, 2020 12:19 | Siyasət | Baxış sayı: 198
Çingiz Mustafayev - Milli Qəhrəman
Çingiz Mustafayev - Milli Qəhrəman

Qocaman jurnalistin harayı

Xəstəliyimə, yaşıma, yaxşı yeriyə bilməməyimə görə, demək olar ki, mən televiziora bağlanmışam. Bu qutu mənim üçün özünəməxsus ümid işığı olub. Televizordan hər gün bizim uğurlar barədə ən müxtəlif məlumatlar alıram və bu, məndən ötrü ən yaxşı dərmandan daha yaxşıdır.

Prezidentimiz barədə çox qürur duyuram, bütün Azərbaycan  kimi mən də onu baş Milli Qəhrəman sayıram. İlham Əliyevin gözəl siyasətçi olmaqla yanaşı, həm də möhtəşəm strateq olduğu ortaya çıxdı. Onun rəhbərliyi altında bizim ordu erməni işğalçılarının istehkamını dağıtdı. Bizim prezident dahi azərbaycanlı Heydər Əliyevin ən gözəl davamçısı oldu.

Son zamanlar mən hərdən CBC kanalına baxıram.  Ora tez-tez xarici ölkələrdən ekspertləri, siyasətçiləri, hərbi mütəxəssisləri dəvət edirlər. Onlar ölkələrində bizim azadlıq müharibəmizi, Azərbaycanın qələbəsini necə qarşıladıqlarından danışırlar. Telekanal həm də İkinci Dünya müharibəsində faşizmin onurğasını sındırmış qəhrəman həmyerlilərimiz barədə materiallar verir. Bizim Qarabağda döyüşmüş Milli Qəhrəmanlardan da bəhs edirlər. Amma ayrı-seçkilik edirlər -

bəzi ləri barədə günlərlə danışırlar, bəziləri barədə isə susurlar. Başqa telekanallarda da bu cür yanaşma müşahidə edilir.

Ən igid jurnalistlərdən biri - Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev müharibənin ilk günlərindən prestijli işini buraxıb, gənc xanımını və körpə oğlunu Bakıda tək qoyaraq Dağlıq Qarabağa - Vətəni müdafiə etməyə getdi. Bu il onun düz 60 yapşı tamam olur. O, bu illərin ancaq yarısını yaşaya bildi. Mən təxminən başa düşürəm ki, onun barəsində niyə susurlar. O, ANS telekanalının rəhbəri Vahid Mustafayevin böyük qardaşıdır. Bu kanalı keçmiş yüksək çinli məmurlar bağlamışdılar və ona qarşı hansısa terrorçularla mifik əlaqələr barədə yalan ittihamlar irəli sürmüşdülər. Bu günə kimi həmin terrorçuların kim olduğu aydın deyil. Özü də, Çingiz bir gün də olsun ANS-də işləməyib.

Çingiz Mustafayev Azərbaycan üçün demək olar ki, mümkünsüzü mümkün etdi. O, erməni ordusunun nəzarət etdiyi əraziyə gedərək, Xocalı faciəsi barədə  bütün dünyanı sarsıdan kadrları çəkdi. Onda erməni faşistləri mühasirəyə aldıqları Xocalı şəhərindən qaçmağa cəhd edən körpələri, qadınları və uşaqları qətl etmişdilər. O, bizim həmvətənlərin cəsədlərini göz yaşları içində, hıçqıra-hıçqıra çəkmişdi. 

ANS-ə qarşı uydurma ittihamı irəli sürmüş məmurlar - Nuşirəvan Məhərrəmli və onun şefi Əli Həsənov Çingizin yaşıdları olsalar da, bir dəfə də olsun cəbhədə olmamışdılar və barıt qoxusu duymayıblar, amma müharibə şəhidi Çingiz Mustafeyevin adına olan radionu bağlamışdılar. Azərbaycanın Milli Qəhrəmanına qarşı bunu yalnız ermənilər edə bilərdi…

Çingiz Qarabağdan Bakıya evlərinə dönə bilmədi. Onun araşdıramalarına nifrət edən ermənilər onu öldürdülər. Onu indi yalnız adı qalmış Ağdam şəhər xəstəxanasına gətirmişdilər. Ancaq gec idi. O, gənc yaşında dünyadan getdi. O, bu dünyanı əlində ermənilərin çox qorxduğu bir silahla - kiçik videokamerası ilə tərk etdi.

Biz indi deyirik heç kim unudulmur və heç kim yaddan çıxmır. Amma bu, heç də hər zaman baş vermir. Qarabağda müharibə başlayanda indiki jurnalistlərin çoxu hələ məktəbə gedirdi - bizim ölkənin qəhrəmanlarının unudulmaması bizim öz əlimizdədir.  Bu, bizim və bizim gələcək nəsillərin borcudur . Onların hamısı daima anılmağa layiqdir.

Mais Məmmədov

əməkdar jurnalist