Mnatsakanyan ailəsini Ermənistandan çıxarır

23 Noyabr, 2020 13:14 | Siyasət | Baxış sayı: 48
Zöhrab Mnatsakanyan
Zöhrab Mnatsakanyan

Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır.

İstiPress-in məlumatına görə, bu barədə “Mediaport Teleqram” kanalı məlumat yayıb.

Z.Mnatsakanyan BMT-nin baş katibi Antonio Qutterişə noyabrın 20-də işlə bağlı müraciət edib.

Bildirilib ki, o, ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistandan aparmaq qərarına gəlib.

Qeyd edək ki, Z.Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. O, 2018-ci il mayın 12-dən 2020-ci il noyabrın 16-dək Ermənistanın xarici işlər naziri vəzifəsini tutub.