Tramp: "Mən olmasaydım 14 dəqiqədə..."

23 Noyabr, 2019 09:22 | Siyasət | Baxış sayı: 153
Honkonq aksiyası
Honkonq aksiyası

ABŞ prezidenti Honkonqu Çinin 1 milyonluq ordusundan necə qoruyub?

"Mən olmasaydım Honkonq  14 dəqiqədə yer üzündən silinərdi". Bu sözləri ABŞ prezidenti Donald Tramp deyib. "Fox News" kanalında yayımlanan "Fox & Friends" proqramına telefonla bağlanan prezident  Honkonqdakı etiraz aksiyaları ilə bağlı fikirlərini bölüşüb.

O, Honkonqu Çindən qoruduğunu deyib. "Çin dövlət başçısı Si Tsinpin Honkonqun yanında bir milyon hərbçi saxlayır. Sırf mən istədim deyə bu hərbçilər ora daxil olmur. Mən Siyə "xahiş edirəm, bunu etmə. Bunun ticarətə çox böyük mənfi təsiri olacaq" dedim. 

Çin ilə ticarət razılaşmasının önəmli olduğunu deyən Tramp Honkonqun yanında olmağın lazım olduğunu da qeyd edib. ""Mən eyni zamanda Sinin də yanındayam". 

ABŞ prezidenti respublikaçı senator Marko Rubio tərəfindən hazırlanan və Konqresin hər iki qanadından keçən "Honkonq insan haqqları və demokratiya" haqqında qanun layihəsini imzalayıb-imzalamayacağı barədə sualı cavabsız qoyub.