NATO-nun rəhbəri İlham Əliyevi qapıda qarşıladı

23 Noyabr, 2017 13:14 | Siyasət | Baxış sayı: 248
İlham Əliyev Brüsseldə
İlham Əliyev Brüsseldə

Prezident Brüsseldə

Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığında işgüzar səfərdədir. İstiPress-in məlumatına görə, İ.Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.