Rusiya XİN: “Döyüşlər Qarabağda gedir, KTMT İrəvana kömək edə bilməz”

23 Oktyabr, 2020 14:58 | Siyasət | Baxış sayı: 93
Rusiya XIN
Rusiya XIN

Rusiya xarici işlər nazirinin müavini, KTMT və postsovet məkanındakı digər inteqrasiya birliklərini kurasiya edən Aleksandr Pankin Qarabağda gedən hərbi əməliyyatlara KTMT-nin müdaxiləsinin mümkün olmadığını bəyan edib.

İstiPress-in məlumatına görə,  o, bildirib ki, KTMT-nin potensialından Dağlıq Qarabağ münaqişəsində istifadə barədə danışmaq ümumiyyətlə korrekt deyil.

“Münaqişə Ermənistan ərazisinə keçməyib, Ermənistandan sorğu daxil olmayıb. KTMT öz üzvlərinə müəyyən situasiyalarda, aşkar təcavüz baş verəndə kömək edir. Hələlik söhbət Dağlıq Qarabağdan gedir, hansı ki, heç ermənilər də onu öz ərazilərinin bir hissəsi kimi tanımayıblar və yəqin heç tanınması da mümkün ola bilməz”,- deyə Pankin jurnalistlərə bildirib.