Yeni baş nazir kimi işdən çıxardı? YENİLƏNİB

23 Oktyabr, 2019 11:09 | Siyasət | Baxış sayı: 583
Nazirlər Kabineti
Nazirlər Kabineti

Novruz Məmmədovun yerinə təyinat alan Əli Əsədov islahatlara başladı

Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir. Ə.Əsədovun sərəncamları ilə Ələsgər Ələsgərov Baş Nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib.

Kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək.

Saat 09:45

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb. Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.

İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib. Bu təyinatdan sonra Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov işdən getmələri ilə bağlı ərizə yazıblar. Prezidentin sərəncamı ilə adıçəkilən şəxslər vəzifədən azad eidliblər. 

Prezidentin digər sərəncamı ilə Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.