Yaşı 70-i keçən daha bir məmur istefa ərizəsi yazdı

23 Oktyabr, 2019 11:24 | Siyasət | Baxış sayı: 389
Akif Əlizadə
Akif Əlizadə

85 yaşlı akademik səhhətinə görə işdən gedir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi yazıb.  O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib. 

Bununla əlaqədar olaraq bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçiləcək. A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilmişdi.

Qeyd edək ki, AMEA-nın hazırkı prezidenti, akademik Akif Əlizadənin 85 yaşı var. O, 2013-cü ildən bu vəzifəni tutur. A.Əlizadə AMEA prezidenti vəzifəsindən istefa verməklə bağlı ərizə yazıb. 

Xatırladaq ki, son bir nüçə gündə Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov istefa ərziələrini təqdim ediblər. Prezident İlham Əliyev keçmiş Bakı meri ilə görüşdə gənclərə yol verməyin gərəkdiyini bildirmişdi. 

"Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm".