Savaş bitir - Ərdoğan və Putin 6 saat nə danışdı?

23 Oktyabr, 2019 09:00 | Siyasət | Baxış sayı: 100
Rusiya və Türkiyə prezidentləri
Rusiya və Türkiyə prezidentləri

150 saat ərzində kürd birləşmələri 30 kilometrlik ərazini tərk edəcəklər

Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimalında birgə patrul xidməti həyata keçirəcəklər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Prezident Ərdoğan bildirib ki, bu gündən başlayaraq 150 saat ərzində kürd birləşmələri 30 kilometrlik ərazini tərk edəcəklər. Bundan sonra Türkiyə və Rusiya hərbçiləri həmin ərazilərdə patrul xidmətinə başlayacaq. Birgə patrul xidməti Türkiyə sərhədindən Suriya ərazisinin 10 kilometr dərinliyinədək olan hissəsini əhatə edəcək.

Bundan başqa, terrorçular Tel Rifat və Mənbiç şəhərlərini də tərk edəcək və Türkiyə sərhədindən 30 kilometr kənara çəkiləcəklər.

Xatırladaq ki, ötən gün axşam Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Barış pınarı"antiterror əməliyyatının dayandırılması ilə bağlı verilən 120 saatlıq müddət artıq bitib. Ərdoğan Soçidə verdiyi açıqlamasında verilən vədlərə tam əməl olunmadığını bildirib. “Burada güzəştə gediləcəyi təqdirdə, terror təşkilatlarına yol açmış olarıq. Atılması lazım olan bütün addımlar atılacaq”.

İki ölkə arasında əldə edilən razılıq 10 maddədən ibarətdir. Onların arasında Suriyanın ərazi bütövlüyünün qorunması, Türkiyənin milli thlükəsizliyinə zəmanət, terrorrizmlə mübarizə, Münbiç və Tel Rıfatdan bütün YPG ünsürlərinin silahları ilə birlikdə çıxarmaq, terror ünsürlərinin sızmasının qarşısını almaq üçün tədbirlərin görülməsi, qaçqınların təhlükəsiz şəkildə geri qayıdışını təmin etmək məqsədi ilə ortaq iş və s. daxildir.

Mətbuat açıqlamasında Putin bildirib ki, türkiyəli həmkarı ona Türkiyənin Suriyadakı əməliyyataının məqsədini və vəzifəsini aydın şəkildə izah edib. Rus lider həmkarına bir müddət öncə telefon danışığı zamanı səslənən təklifə müsbət cavab verdiyi, nümayəndə heyəti ilə Suriyadakaı vəziyyəti müzakirə etmək üçün Soçiyə gəldiyi üçün təşəkkür edib. 

"Biz dəfələrlə Türkiyənin özünün milli thlükəsizliyini qorumaq üçün atdığı addımlara anlayışla yanaşdığımızı elan etmişik". 

Bundan əlavə Putin Suriyanın ərazi bütövlüyünün qorunması ilə bağlı hər iki ölkənin vahid mövqeyinin olduğunu da qeyd edib.