Paşinyanın terrorçularla gizli əlaqəsi aşkarlanıb

23 Oktyabr, 2019 16:01 | Siyasət | Baxış sayı: 259
"Sasna Tsrer" 2016-cı ildə İrəvanda polis polkuna hücum edən zaman
"Sasna Tsrer" 2016-cı ildə İrəvanda polis polkuna hücum edən zaman

Moskva Ermənistanın qərbpərəst rəhbərliyini cəzalandırmaq qərarına gəlib

Rusiyanın “Komsomolskaya Pravda” qəzeti məşhur amerikalı milyarder Corc Sorosun postsovet məkanında fəaliyyətini araşdıran məqaləsində Nikol Paşiyanın terrorçularla əlaqəsinə geniş yer verib.   

İstiPress-in məlumatına görə, “Sorosun dərsləri” adlı məqalədə girişdən sonrakı abzasda Nikol Paşinyanın erməni terror təşkilatı “Sasna tsrer”in rəhbərləri Jirayr Sefilyan və Qaregin Çuqazyanla görüşündən bəhs edilir.

Amerikalı milyarder Corc Sorosa yaxınlığı ilə bilinən Qaregin Çuqazyanın 2016-cı ildə polis polkuna hücuma rəhbərlik etdiyi və üç nəfər polisin öldürülməsi, bundan sonra Ermənistanda “narıncı inqilab” baş verməsi də məqalədə yer alır. 

Bildirilir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra məhz Soros Fondu ilə işləyən 60-ya yaxın qeyri-hökumət təşkilatının (QHT) təmsilçilərinin hesabına öz hakimiyyətini möhkəmləndirib, onları müxtəlif vəzifələrin başına gətirib. Hətta Ermənistan İstintaq Komitəsinin rəhbəri təyin edilmiş Sasun Xaçatryan Ermənistanda Soros Fondunun ofisinin rəhbəri David Xaçatryanın qardaşıdır.

Sasun Xaçatryan
Sasun Xaçatryan

Ümumiyyətlə, “Komsomolskaya Pravda”nın araşdırmasına görə, Ermənistanda əsas vəzifələrin yarıdan çoxu Soros Fondu ilə əlaqəsi olanlar tərəfindən tutulub. Ən dəhşətli vəziyyət isə güc strukturlarındadır - həmin qurumlara özünü siyasi partiya adlandırmış “Sasna tsrer” terror təşkilatı tərəfindən nəzarət edilir.

Sovet illərindən Rusiyanın aparıcı mətbuat orqanlarından biri olan, Rusiya dərin dövlətinin ruporu “Komsomolskaya Pravda”nın bu məqaləsi təsadüfi deyil. Rusiya ictimaiyyətinə strateci müttəfiqləri Ermənistanda hakimiyyətə Rusiyanın düşmənlərinin gəldiyi başa salınır. Böyük ehtimalla, Moskva Paşinyanı və onun qərbpərəst ətrafını cəzalandırmaq qərarına gəlib. İndi Rusiyanın hansı addımları atacağı maraqla gözlənilir. Böyük ehtimalla, daxili çevrilişlə Paşinyan vəzifəsini itirəcək. Amma çevriliş 1999-cu il oktaybrın 27-də Ermənistan parlamentində baş vermiş qanlı hadislər fonunda da baş verə bilər. Onda parlamentə edilmiş hücum nəticəsində 8 nəfər ölmüşdü.