ABŞ-dan ilk reaksiya: "Yaxşı xəbərlər gəlir"

23 Oktyabr, 2019 10:30 | Siyasət | Baxış sayı: 70
Donald Tramp
Donald Tramp

Tramp yeni tvit yazıb

"Türkiyə, Suriya və Yaxın Şərq üçün yaxşı xəbərlər gəlir. Əlavə məlumat da veriləcək". ABŞ prezidenti Donald Trampın ötən gün Rusiya və Türkiyə liderləri arasında Soçidə əldə edilən razılaşmadan sonra belə yazıb. O, Suriya ilə bağlı ələd edilən 120 saatlıq  əməliyyat fasiləsinin bitməsinə belə reaksiya verib. 

Tramp "Twitter" hesabından belə açıqlama paylaşıb. 

Xatırladaq ki, ötən gün axşam Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Barış pınarı"antiterror əməliyyatının dayandırılması ilə bağlı verilən 120 saatlıq müddət bitib.

Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimalında birgə patrul xidməti həyata keçirəcəklər. Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında bu barədə deyib.