Qarabağda erməni əsgəri yaralandı

23 Oktyabr, 2018 19:29 | Siyasət | Baxış sayı: 85
Erməni əsgərləri (arxiv)
Erməni əsgərləri (arxiv)

Döyüş bölgəsinin cənub-şərq istiqamətində baş verib

Bu gün Qarabağda işğalçı erməni ordusunun əsgəri güllə yarası alıb.

İstiPress "news.am"a istinadən bildirir ki, bu barədə müdafiə qurumunun mətbuat xidməti xəbər yayıb.

"Saat 12 radələrində cənub-şərq istiqamətindəki hissələrdən birinin döyüş postunda 1999 təvəllüdlü əsgər Hayk Sarkisyan güllə yarası alıb", - deyə xəbərdə bildirilir.

Yaralı hospitala çatdırılıb.