Nüvə silahı hədəsi - hədəf Rusiya və Çindir

23 Oktyabr, 2018 09:00 | Siyasət | Baxış sayı: 142
Nüvə arsenalı
Nüvə arsenalı

"Nə vaxt onlar özlərinə gəlsələr, biz də ağıllı olacaq və dayanacağıq"

ABŞ prezidenti Donald Tramp yenə hədə-qorxu gəlib. Bu dəfə o, Birləşmiş Ştatların nüvə potensialını artıra biləcəyini deyib. 

Jurnalistlərə açıqlama verən Tramp ABŞ nüvə silahlarının sayını Rusiya və Çin "özlərinə gələnə qədər" artıracağını da deyib. "Bu hədələr Rusiya, Çinə, ümumiyyətlə oyun oynamaq istəyən hər kəsə ünvanlanıb. Bizdə onlardan daha çox pul var. Onlar özlərinə gələnə qədər silah istehsal edəcəyik. Nə vaxt onlar özlərinə gəlsələr, biz də ağıllı olacaq və dayanacağıq. Və nəinki dayanacağıq, həm də silah sayını azaldacağıq. Biz bunu bu gün məmnuniyyətlə edərdik. Amma bu gün onlar sazişə əməl etmirlər".

Tramp əlavə edib ki, onun sözləri Rusiya, Çin və bu oyunda oynamaq istəyən digər dövlətlər üçün təhlükədir. "Mənimlə belə oynamaq olmaz".

Xatırladaq ki, ABŞ prezidenti daha əvvəl Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxacağını bildirib. Ağ Ev rəhbəri rəsmi Moskvanı razılaşmanı pozmaqda ittiham edib.