Ərdoğan Səudiyyəyə Kaşıkçı ilə bağlı xəbərdarlıq etdi

23 Oktyabr, 2018 14:30 | Siyasət | Baxış sayı: 191
Rəcəb Tayiib Ərdoğan
Rəcəb Tayiib Ərdoğan

"Heç kim unutmasın ki, bunlar Türkiyənin sərhədləri daxilində baş verir"

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan partiyasının qrup toplantısında jurnalist Camal Kaşıkçı olayı ilə bağlı önəmli açıqlamalar verib.

IstiPress-in "Hürriyet"ə istinadən məlumatına görə, dövlət başçısı çıxışında cinayətə dair bəzi detalları açıqlayıb. O bildirib ki, Səudiyyədən gələn sui-qəsd dəstəsi əvvəlcə Belqrad meşəsi və Yalovada kəşfiyyat aparıb:

"Əməliyyatdan bir gün əvvəl 16:30-da 3 nəfərlik bir qrup otelə yerləşdikdən sonra konsulluğa gedir. Digər komanda həmçinin Belqrad ormanı və Yalovanı araşdırır. 15 nəfərdən ibarət komanda ayrı-ayrı gələrək konsulluqda görüşür. Əvvəlcə Baş Konsulluqdan kamera görüntüləri çıxarılır. Saat 17: 50-də Türkyiə rəsmi orqanlarına Kaşıkçıların zorla həbs edilməsi barədə anonim xəbər gəlir"- deyə Ərdoğan indiyə kimi məxfi saxladıqları məlumatları açıb. 

Ərdoğan çıxışında olayla bağlı Səudiyyə Ərəbistanı hökumətinə çağırış edib: “Bu gün buradan bir çağırış edirəm. Bu çağırışım kral Salman başda olmaqla ali rəhbərliyədir. Hadisələrin cərəyan etdiyi yer İstanbuldur. Bu səbəbdən də 18 nəfərin İstanbulda mühakimə edilməsini təklif edirəm. Seçim onlarındır”. 

Prezident bu günə qədər ortaya çıxan dəlillər, məlumatların Kaşıkçının vəhşi cinayət qurbanı olduğunu göstərdiyini vurğulayıb:

“Ölkəmizi qaralamaq, töhmət altından qoymaq üçün ciddi şəkildə kampaniya aparıldı. Bunların kimlər tərəfindən edildiyini bilirik. Bütün bunlar bizim qətlin araşdırılmasında apardığımız işlərə mane olmadı, ola bilməz.

Bu olay İstanbulda cərəyan edib, biz məsuliyyət daşıyırıq. Sis-duman yavaş-yavaş aradan qalxdıqdan sonra digər ölkələr də hərəkətə keçdilər. Biz də səssiz qalmayacağımızı ifadə etdik. 

Cinayətin planlı olduğuna dair güçlü ipucları var. Bu 15 nəfər cinayət günü nədən İstanbulda toplanıb? Həmin şəxslər kimdən əmr alıblar? Cəsədi nədən hələ də ortalıqda yoxdur? 

Səudiyyə Ərəbistan hökumətindən bundan sonra olayın bütün məsul şəxslərini ortaya çıxarmalarını və hüquq çərçivəsində lazımi cəzaların tətbiq edilməsini gözləyirik”.