Baş Qərargah rəisi İsrailə getdi

23 Oktyabr, 2018 11:38 | Siyasət | Baxış sayı: 93
Nəcməddin Sadıkov
Nəcməddin Sadıkov

Nəcməddin Sadıkov müdafiə sənayesi müəssisələrində olacaq

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun israilə səfəri başlayıb. Bu barədə məlumat Müdafiə Nazirliyindən verilib. 

Müdafiə nazirinin birinci müavini general-polkovnik Nəcməddin Sadıkovun Tel-Eviv şəhərinə səfəri israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə baş tutub. 

Rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin Müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.