Azərbaycanın Xəzərlə bağlı müstəsna hüquqları müəyyənləşdi

23 Oktyabr, 2018 15:54 | Siyasət | Baxış sayı: 101
Xəzər dənizi
Xəzər dənizi

Elmar Məmmədyarov Rusiya mətbuatına danışdı

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibəsində Azərbaycan iqtisadiyyatının Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyadan qazanacağı dividendlərdən və sazişin ratifikasiyasının vaxtının planlaşdırılmasından danışıb.

İstiPress-in məlumatına görə,  nazir bu konvensiyanın imzalanmasını “tarixi hadisə” adlandırıb.

“Bu sənədin ölkəmiz üçün əsas mənası ondan ibarətdir ki, o, dənizin zəngin təbii qaynaqlarından istifadə etmək üçün sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarını müəyyənləşdirir.

Beləliklə, Konvensiya neft-qaz sənayesində müxtəlif layihələrin, eləcə də, dənizdəki digər iqtisadi fəaliyyətlərin icrasının davamlılığını və təhlükəsizliyini təmin edir”, - Məmmədyarov deyib.