AST Telman Putinin qarşısına çıxmağa qərar verdi

23 Oktyabr, 2018 14:00 | Siyasət | Baxış sayı: 116
AST Telman
AST Telman

O, qaçaqmal kanalının arxasında dayanan qüvvələrin adlarını açıqlayıb

Rusiyalı biznesmen Telman İsmayılov ölkə prezidentinin qarşısına çıxmağa qərar verib. “Çerkizov” bazarının keçmiş sahibi dövlət başçısı Vladimir Putinə məktub yazıb.

İş adamı məktubunda qeyd edir ki, keçmiş biznes tərəfdaşlarının qurbanı olub. Müraciət 12 vərəqdən ibarətdir. İsmayılov qaçaqmal kanalının arxasında dayanan qüvvələrin adlarını açıqlayıb. Onun versiyasına görə, eks tərəfdaşları öz əlaqələrinin köməyi ilə ona hücum etməyə başlayıblar, maliyyə vəziyyətinə ziyan vurublar.

Sonra isə hüquq-mühafizə orqanları da onu təqib etməyə başlayıb. O, məktubunda keçmiş ortaqlarının əlaqələri və mümkün cinayətlərini sadalayıb. Özünün isə bunlarla heç bir əlaqəsi olmadığını deyib.

Xatırladaq ki, AST Telman Rusiyadan sonra Türkiyəyə köçüb. Lakin maliyyə problemlərindən sonra o, buranı da tərk edib. Hazırda isə Montoneqro və Fransa arasında bir əarazidə olduğu ehtimal edilir.