Prezident Şəkiyə pul ayırdı

23 Oktyabr, 2017 18:27 | Siyasət | Baxış sayı: 60
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

İstiPress-in məlumatına görə, sərəncamla on yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.