Kataloniya üçün son gün

23 Oktyabr, 2017 14:26 | Siyasət | Baxış sayı: 72
Kataloniyada etirazlar
Kataloniyada etirazlar

Kataloniya parlamenti oktyabrın 26-da qərar verə bilər

Kataloniya parlamenti oktyabrın 26-da keçiriləcək iclasında regionun müstəqilliyini elan edə bilər.

İstiPress-in məlumatına görə, Kataloniya rəhbəri Karles Puçdemont Madridin bir neçə gün əvvəl Kataloniya ilə bağlı qərarını tanımadığını bəyan edib.

Oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Muxtar vilayət hələ müstəqilliyini elan etməyib.

Oktyabrın 21-də isə İspaniya hökumətinin fövqəladə iclasında Kataloniyanın muxtariyyətinin dayandırılması və regional parlamentə növbədənkənar seçkilərin keçirilməsi qərarı qəbul edilib.