İlanların Ermənistan sevgisi

23 Oktyabr, 2017 12:34 | Siyasət | Baxış sayı: 107
İlan
İlan

Sürünənləri nə cəlb edir?

Dəfələrlə sürünənlərin İrəvanı özlərinə məskən seçdikləri barədə yazılıb. Havanın soyuq olmasına baxmayaraq ilanlar deyəsən elə Ermənistanın paytaxında qışlamağa qərar veriblər.

Onları burada nə cəlb edir? Memarlıq, insanlar… Bunu demək çətindir. Ancaq ehtimal ki, ikinci.. Onların oxşar cəhətləri çoxdur. Hər ikisinin acı dil, qəfil hücum etmək bacarığı, hiylə, sanacması var.  

Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrəvanın mərkəzində bir gündə iki ilan tutulub. Onları təhlükəsiz yerə buraxıblar. Gördüyünüz kimi ilanların qeydinə qalırlar.

Statistika isə deyir ki, ancaq bu ilin birinci yarısında ilanlar 65 ermənini sancıb. Bu isə ötən illə müqayisədə 21 hadisə çoxdur.