Ermənilər Türkiyəni zəbt etdilər - yeni xəritə qalmaqalı VİDEO

23 Oktyabr, 2017 12:15 | Siyasət | Baxış sayı: 219
Qalmaqallı xəritə
Qalmaqallı xəritə

Türkiyə ilə yanaşı Naxçıvan və Kipri də mənimsəyiblər

Ermənilərin Almaniyanın ən işlər məkanlarından birində nümayiş etdirdiyi xəritə qalmaqala səbəb olub. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, xəritədə Türkiyənin, o cümlədən Azərbaycanın ərazisi (Naxçıvan MR) Ermənistan kimi təqdim edilib.

Köln şəhərində keçirilən konfransda Türkiyənin yarısı ilə yanaşı, Şimali Kipir də Ermənistan ərazisi kimi göstərilib.  

Qeyd edək ki, tədbir erməni diasporası tərəfindən bütün dünyada məşhur olan Köln Katedralının yanındakı Katolik kilsənin toplantı mərkəzi və katedralın ziyarətçi mərkəzi kimi istifadə edilən Domforum adlanan binada təşkil edilib. 

"Erməni mədəniyyət və tarixi -  susqun Ararat" adlanan paneldə divarlar erməni xəyallarının məhsulu olan xəritə ilə bəzədilib. Xəritədə Ermənistanın "sərhədi" kimi şimalda Samsun, cənubda Mersin qeyd edilib. Bundan başqa onlar İstanbulun üzərində də xaç işarəsi çəkiblər. 

Xəritənin sosial medada yayılmasından sonra həm təşkilatçılar, həm də Almaniyanın rəsmi qurumlarına qarşı sərt reaksiyalar nümayiş etdirilib. Lakin hələlik heç bir qurum bu biabırçılıq haqqında rəsmi açıqlama verməyib.