Erməni yalanı: Azərbaycan Qarabağı unudub

23 Oktyabr, 2017 13:02 | Siyasət | Baxış sayı: 289
Qarabağda erməni tankı
Qarabağda erməni tankı

İrəvan siyastçilərinin sevimli məşğuliyyəti - etnik separatizm

Rusiya mətbuatının məşhur erməni təbliğatçısı Stanislav Tarasov qalmaqallı məqalə ilə çıxış edib. Onun fikrincə, Avropanın postssovet ölkələrində separatizmi dayandırmaq lazımdır. Bunu həmçinin İspaniyada Kataloniyaya, İraqda isə Kürdüstana aid etmək olar. Separatizmin nə kimi bədbəxtliklər gətirəcəyini hamı başa düşür. 

Dağlıq Qarabağda azərbaycanlılarla yanaşı ermənilər də yaşayıb. Rus tarixçilərinin fikrincə, onlar bura İrandan gəlib və bu ərazi İrəvana da məxsus olmalıdır. Azərbaycana qarşı təcavüz başlayanda Sovet İttifaqı dağıldı. Hamı demokratiya qışqırırdı. Erməni anlamında isə bu haranısa tutmaq demək idi.

Tarasov isə bunu başqa cür izah edir. Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində Azərbaycanın düzgün olmayan milli siyasətinə görə Qarabağ unudulub. Tarasova görə, əgər Qarabağ unundulmasaydı, onu Bakı ilə birləşdirən dəmir yolu çəkilərdi, beşmərtəbəli evlər, yollar, xəstəxanalar, məktəblər, aeroport tikilərdi. 

Bu gün separatizm bütün cəmiyyət üçün baş ağrısına çevrilib. Tarasov qorxur ki, onunla mübarizə güclənər.

Dünya Ermənistanı özü-özlüyündə xəbərdar edib ki, əsrin 4-də biri ərzində bu marionet rejimi heç kim tanımayacaq. Ermənilər isə inanır ki, nə vaxtsa Dağlıq Qarabağ tanınacaq. İrəvan Qarabağda hətta özünün diplomatik missiyasını da açıb. Amma heç bir diplomat bura gəlib çıxmayıb.

Tarasov belə düşünür ki, getdikcə tanınmamış ölkələrin sayı artacaq. Bununla da o yaddan çıxarır ki, bir vaxtlar Çeçenistan da Rusiyanın tərkibindən çıxmaq istəyirdi. Və bunun nə ilə başa çatdığını da Tarasov da gözəl anlayır. Eynilə bu Sibirlə də baş verir. Burada da bir neçə respublika var.

Erməni təbliğatının yeni Göbbelsi istəyir ki, separatizm bütün dünyanı tutsun. Ancaq oğru Ermənistanı tutmamaq şərtilə. Dünya bir müddət Ermənistanı yaddan çıxartmalıdır. 

Mayis Məmmədov, əməkdar jurnalist