Qarabağda erməni hərbçisi vuruldu

23 Sentyabr, 2019 10:45 | Siyasət | Baxış sayı: 94
Erməni hərbçisinin əşyası
Erməni hərbçisinin əşyası

Hərbçinin vəziyyəti ağırdır

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi yaralanıb.

Hayk Xaçatryan adlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində cəbhənin şimal-şərq hissəsində vurulub.  Hərbçinin hansı şəraitdə yaralandığı məlum deyil.  

Hospitala yerləşdirilən H.Xaçatryanın vəziyyətinin çox ağır olduğu bildirilib.