Paşinyan keçmiş prezidentlərin qohumlarını "yıxıb-sürüdü"

23 Sentyabr, 2019 14:48 | Siyasət | Baxış sayı: 64
R.Koçaryan və S.Sarkisyan
R.Koçaryan və S.Sarkisyan

"Oğurladıqlarını son qəpiyinə kimi qaytaracaqlar"

Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan oğurladıqları pulları büdcəyə geri qaytamalıdırlar. Bu barədə mətbuat konfransında ölkənin baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Sarkisyanın ailə üzvləri peşəkar korrupsionerdirlər. “Onlara heç bir güzəşt olmayacaq. Bütün oğurladıqlarını son qəpiyinə kimi qaytarmalıdırlar”.

O, həmçinin qeyd edib ki, keçmiş prezidentlərin qohumlarının heç bir bacarığı, qabiliyyəti olmayıb ki, bu qədər pul qazansınlar. "Onlar bu pulları sadəcə olaraq talayıblar. Ermənistanda onların heç bir gələcəkləri yoxdur”.