Ordumuz şəhid verdi - meyit neytral zonada qalıb

23 Sentyabr, 2019 11:20 | Siyasət | Baxış sayı: 479
Azərbaycan əsgəri səngərdə
Azərbaycan əsgəri səngərdə

Yolu azan əsgər Ramin Abdulrəhmanov düşmənlə üzbəüz mövqelər arasında vurulub

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu barədə İstiPress-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

"Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır".

İstiPress-in Şimal bürosunun məlumatına görə, 19 yaşlı əsgər Qubadan hərbi xidmətə çağırılmışdı.