İran Britaniya gəmisini azad etdi

23 Sentyabr, 2019 17:09 | Siyasət | Baxış sayı: 21
Tanker
Tanker

Məhkəmə araşdırması başa çatıb

İran Böyük Britaniyaya məxsus neft tankerini azad edib. Bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi məlumat yayıb.

O qeyd edib ki, məhkəmə araşdırması başa çatıb və Böyük Britaniyanın “Steno Impero” neft tankeri azad edilib. Hökumət nümayəndəsi gəmiyə qarşı hansı cəzanın kəsildiyi barədə heç nə deməyib.

Xatırladaq ki, 2 ay əvvəl Britaniyanın Sahil Mühafizə Qüvvələri İrana məxsus neft tankerini həbs etmişdi. Bir neçə gün sonra İran da Britaniyaya məxsus gəmini Hörmüz boğazında həbs edib. ABŞ-ın etirazlarına baxmayaraq, 10 gündən sonra Britaniya məhkəməsi İran tankerini azad edib. Bu gün isə İran Britaniyaya məxsus gəmini azad edib.