Ermənistanda qubernator köməkçisi hərbçini döydü

23 Sentyabr, 2019 11:25 | Siyasət | Baxış sayı: 17
Erməni hərbçisinin əşyası
Erməni hərbçisinin əşyası

Podpolkovnikə ağır bədən zərbələri vurulub

Ermənistanda hərbçilər artıq ancaq cəbhədə yox, öz evlərində də hücuma məruz qalırlar. Bu dəfə Ermənistan ordusunun podpolkovniki döyülüb. Onu döyən isə Vayotszorsk vilayətinin qubernatorunun köməkçisi olub. Bu barədə İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətiylə əlaqələr şöbəsinin rəisi Naira Arutunyan özünün "Facebook"dakı səhifəsində yazıb. 

Bir neçə gün öncə hərbçi Ara Mxitaryana ağır bədən zərbələri endirilib. Hərbçilər və vilayət admnistrasiyası əməkdaşlarının iştirakı ilə dava Exeqnadzor şəhərində baş verib.

İndi istintaq qubernatorun özü Trdat Sarkisyanın da burada əlinin olub-olmadığını müəyyən edir.

Xatırladaq ki, hələ bir neçə həftə öncə Ermənistanın hüquq-mühafiqə orqanları zabitin döyülməsi faktı üzrə 4 əsgəri saxlayıb. İcbari hərbi xidmətdə olan dörd hərbi qulluqçu bir qrup şəxs tərəfindən rəisə qarşı zorakılıq hərəkətlərinin edilməsi və ya sağlamlığa orta dərəcəli xəsarət yetirilməsi maddəsi ilə şübhəli şəxs kimi saxlanılmışdı.