Çində məscidlər dağıdılır?

23 Sentyabr, 2019 09:49 | Siyasət | Baxış sayı: 27
Dini ibadət ocağı
Dini ibadət ocağı

"Çinin kiçik Məkkəsi"ndə minarələr dağıdılıb

Çin hökuməti məscid və minarələri məhv edirlər. Bu barədə "Independent" nəşri xəbər verir. Qəzet yazır ki, Daxili Monqolustan, Xenyean, Ninsya və Hansu vilayətlərindəki dini tikililər məhv edilməkdədir.

"Çinin kiçik Məkkəsi" adlandırılan Linsya şəhərinin kənarındakı kənddə minarələr dağıdılıb. Burada Çinin müsəlmanlarının ən böyük hissəsini təşkil edən xueylər yaşayır. Bundan başqa, hökumət Yunyan vilayətindəki üç məscidi bağlayıb, bütünlükdə ölkədə isə ərəb yazısı qadağan olunub.

Müsəlmanları düşərgələrə göndərir, onları övladlarından ayırır və öldürürlər. İyun ayında Çin hökuməti müsəlman uyğur əsirlərin işgəncələrə məruz qalması barədə məlumatları təkzib edib. Ölkənin xarici işlər naziri isə deyib ki, səhvən “təhsil və peşə hazırlığı mərkəzlərini” “əsir düşərgələri” adlandırırlar.