Qarabağ üzrə yeni danışıqlar gözlənilir

23 Sentyabr, 2018 15:43 | Siyasət | Baxış sayı: 272
BMT Baş Assambleyası
BMT Baş Assambleyası

Elmar Məmmədyarov artıq Nyu-Yorkdadır

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində BMT Baş Assambleyacının 73-cü sessiyasının işində iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

İstiPress-in məlumatına görə, bu barədə “Aysor” məlumat yayıb. 

Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin başçıları görüş keçirəcəyi gözlənilir. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq Nyu-Yorkda səfərdədir.  

ATƏT-in baş katibi Tomas Qreminqer bir müddət öncə Məmmədyarovun və Mnatsakanyananın gözlənən görüşü haqda açıqlama vermişdi.