Ümumqoşun birlikləri döyüş atışları etdi VİDEO

23 Avqust, 2019 12:40 | Siyasət | Baxış sayı: 44
Döyüş atışları
Döyüş atışları

Döyüş atışlarını hava hücumundan müdafiə vasitələri icra edib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun birliklərinin hava hücumundan müdafiə vasitələri döyüş atışlarını yerinə yetirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim məşqləri zamanı hərəkətdə olan müxtəlif parametrli hədəflər döyüş heyətləri tərəfindən aşkar olunaraq məhv edilib.

Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən şəxsi heyətin biliyi, bacarığı və praktiki vərdişləri yüksək qiymətləndirilib.