Erməni baş nazir sifətini dəyişdirməyə məcbur olub
Artıq Ermənistanda hər kəsə aydındır ki, Qərbin, xüsusilə də ABŞ prezidenti Donald Trampın Nikol Paşinyanla bağlı heç bir ciddi dəstək planı yoxdur.
İstiPress-in məlumatına görə, bu məsələ artıq Rusiyanın ermənipərəst dairələri tərəfindən də açıq vurğulanır.
Məsələn, ermənipərəst qüvvələr tərəfindən nəşr edilən "Regnum" portalının ermənipərəst şərhçisi Stanislav Tarasov məsələyə həsr etdiyi məqaləsində açıq vurğulayır ki, ABŞ prezidenti Donald Tramp Nikol Paşiyanla hətta tanışlıq görüşündə belə iştirak etmək istəmir: "Donald Tramp "sıx qrafiki" üzündən hətta Paşinyanla tanışlıq görüşündən imtina edib. Halbuki, ABŞ Dövlət Departamentinin çox sayda əməkdaşı və 48 konqressmen tərəfindən lobbiləşdirilir".
Məqalədə qeyd edilir ki, ABŞ prezidentinin erməni liderə bu cür soyuq münasibətinin səbəbləri ilə bağlı iki versiya səsləndirilir. Birinci versiyaya görə, Nikol Paşinyanı konqressmenləri əksəriyyəti ABŞ-nin prezidentinin əleyhinə çıxırlar, buna görə, onların çağırışı keçərsiz qalır. İkinci versiya kimi düşünülür ki, erməni "inqilabı" Sorosun vəsaitləri ilə gerçəkləşdirilib ki, o da Trampın ən fəal düşmənlərindəndir.
Təbii ki, belə olan şəraitdə Nikol Paşinyan sifətini dəyişməli və "demokrat" imici ilə vidalaşmalıdır ki, erməni baş nazir artıq bunu gerçəkləşdirməyə başlayıb. Bu barədə hətta Paşinyanı həmişə dəstəkləmiş KİV-lər də artıq yazmağa başlayıb. Məsələn, "ArmenianReport" portalı düşünür ki, bu il avqustun 19-u Paşinyanın sifətinin dəyişdiyi və bozardığı gündür. Həmin gün Amulsar qızıl mədəninin işlənməsinə etiraz edən ekoloqlara və jurnalistlərə qarşı həddindən sərt davranmış Nikol Paşinyan artıq özünü Serj Sarkisyan kimi aparmağa başlayıb. Bu isə silahdaşları tərəfindən erməni inqilabının liderinin məhvi kimi dəyərləndirilir.