S-400 böhranı böyüdü - ABŞ Türkiyəyə "yox" dedi

23 Avqust, 2019 10:46 | Siyasət | Baxış sayı: 223
Hərbi texnika
Hərbi texnika

"Patriot" təklifinin müddəti bitdi

Türkiyənin Rusiyadan S-400 kompleksi alması ilə bağlı yaranmış böhranın əks-sədası hələ də davam edir. ABŞ-ın Dövlət Departamenti rəsmisi Türkiyəyə verilən "Patriot" təklifinin müddətinin bitdiyini açıqlayıb. 

Bu barədə məlumatı CNN XİN-dəki mənbələrindən birinə istinadla verib. "Türkiyəyə daima S-400 havadan müdafiə sistemi alarsa son "Patriot" təklifimizi geri götürəcəyimizi demişdik. Təklifin müddəti bitdi". 

Xatırladaq ki, Türkiyə S-400 aldıqdan sonra  ABŞ-la arasında "F-35" qırıcıları ilə bağlı böhran yaşayıb. Nəticədə ABŞ alqı-satqı işlərini dayandırmadığı üçün Türkiyəni qırıcı proqramından çıxarıb.

ABŞ və NATO Türkiyəni bu sistemləri almaqdan çəkindirmək üçün hər vasitəyə əl atıb, hətta sanksiyalarla hədələyib. Lakin Türkiyə geri addım atmayıb. Müttəfiqlər S-400-ün Rusiyanın NATO təyyarələri ilə bağlı məlumatlar toplamasına kömək edəcəyindən narahatdırlar və sistemi təhdid olaraq görürlər. Bundan başqa Türkiyənin bu alışı Qərbdən uzaqlaşma kimi də qiymətləndirilir.