Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı - AÇIQLAMA

23 Avqust, 2019 20:02 | Siyasət | Baxış sayı: 283
Kamikadze dron
Kamikadze dron

"Məlumatın heç bir əsası yoxdur və dezinformasiya məqsədilə ilə yayılıb"

Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb.

İstiPress-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edək ki, "Haşdi Şaabi" silahlı qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İsrail dronlarını İraq və İrana hədəf almaq üçün Azərbaycana yeritməkdə günahlandırıb.