Erməni ordusunda yeni itkilər

23 Avqust, 2019 11:06 | Siyasət | Baxış sayı: 94
Ermənistanda aşan maşın
Ermənistanda aşan maşın

HJərbçiləri daşıyan "QAZ ::" aşıb

Ermənistanın Tavuş vilayətində hərbçiləri daşıyan "QAZ 66" markalı maşın aşıb. Yerli mətbuatın məlumatına görə, qəza saat 03:30-da Baqanis kəndi ərazisində olub. Hərbçilərdən bir hissəsi özləri xilas ola biliblər. Bəzilərinin köməyinə isə yerli sakinlərlə xilasedicilər gəliblər. 

Yük maşınında olan müqavilə üzrə xidmət edən 11 hərbçi yaralanıb. Ermənistan Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan qəzanın baş verdiyini təsdiqləyib. “Hərbçilərdən heç biri çox ciddi yaralanmayıb”. Bunun nə mənaya gəldiyini isə görünür ancaq özü bilir.

Hazırda qəzanın  hansı şəraitdə baş verdiyi araşdırılır.