Baş nazir prezidentlə görüşdə ayağını stola qaldırdı VİDEO

23 Avqust, 2019 09:04 | Siyasət | Baxış sayı: 185
Boris Conson
Boris Conson

Qəribə hadisə Fransa prezidenti ilə görüşdə baş verib

Böyük Britaniyanın yeni Baş naziri Boris Conson Fransa prezidenti Emmanuel Makronla görüşündə gözlənilməz hərəkət edib. Parisdəki Yelisey sarayında keçirilən görüş zamanı o ayağını qaldıraraq önlərindəki jurnal masasının üzərinə qoyub. 

Sosial şəbəkələrdə Consonun bu yersiz hərəkəti kəskin tənqid olunub. Britaniyalı Baş nazirin bioqrafı Sonya Pernell onun bu hərəkətini kobud və biabırçı adlandırıb.