Azərbaycanın qonşusundan ABŞ-a xəbərdarlıq

23 Avqust, 2019 14:28 | Siyasət | Baxış sayı: 111
Vladimir Putin
Vladimir Putin

Putin qanadlı raketə görə cavab tədbirləri hazırlamağı tapşırdı

Rusiya ABŞ-ın yeni qanadlı raketinin sınağına simmetrik cavab hazırlayacaq. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, prezident Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib. Bu barədə tapşırığı da prezident iclasda verib.

O, modifikasiya olunmuş yen raketin sınağı ilə əlaqədar təhlükənin səviyyəsini analiz etməyi də tapşırıb.

Bununla yanaşı Putin bir daha qeyd edib ki, Rusiya əvvəlki kimi beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, inamın bərpası üçün ABŞ-la konstruktiv və bərabərhüququlu dialoqa hazırdır. 

"ABŞ özünün Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqaviləni (DRSMD) pozmaq planlarını gizlətmək üçün Rusiyanı DRSMD şərtlərini pozmaqda ittiham etmək ssenarisini yazıb". O bildirib ki, Moskva Vaşinqtonun səylərinə baxmayaraq silahlanma yarışına girməyəcək. "Siz bilirsiniz ki, biz heç vaxt öz iqtisadiyatımız üçün dağıdıcı olacaq silahlanma yarışına girmək istəməmişik, istəmirik və istəməyəcəyik". 

Prezident deyib ki, Rusiyanın dünyada anloqu olmayan, ən yeni silah sistemləri hazırlamasına ABŞ-ın 2003-cü ildə birtərəfli qaydada Raket Əleyhinə Müdafiə Sistemlərinin Məhdudlaşdırılması razılaşmasından birtərəfli qaydada tərk etməsi səbəb olub. 

"Biz şübhəsiz sadəcə olaraq öz xalqımızın, ölkəmizin təhlükəsizliyini təmin etməyə borclu idik.  Biz bunu indi də edirik, sözsüz ki, gələcəkdə də edəcəyik".

Xatırladaq ki, Birləşmiş Ştatlar avqustun 18-də Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş nüvə olmayan yerüstü qanadlı raketini sınaqdan keçirib.