Ustada dərin ehtiramla

23 İyul, 2020 17:23 | Siyasət | Baxış sayı: 168
Həsən bəy Zərdabinin büstü
Həsən bəy Zərdabinin büstü

Azərbaycan Milli Mətbuatının 145-ci iıdönümü günündə Qubada Həsən bəy Zərdabinin büstünün açılışı olub.

Qubanın ən iri yaşayış məntəqələrindən olan, 5000 nəfərdən çox sakini olan Zərdabi qəsəbəsinin mərkəzində yenilənən parkda büst qoyulub və park Milli Mətbuatın 145 illiyi günündə sakinlərin istifadəsinə verilib.

Məlumat üçün bildirək ki, Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi işləyib. Zərdabi qəsəbəsi onun şərəfinə adıandırılıb və 1990-cı illərədək bu qəsəbədə Zərdabinin büstü olub. Həmin dövrdə hansı səbəbdənsə Zərdabinin büstü dağıdılıb.

Hazırda yeni qoyulan büstün qoyulması təklifim olduğu üçün çox şadam. 2019-cu ilin bu günü - 22 iyulda Quba İH-də Milli Mətbuatın 144-cü ilddönümü ilə bağlı keçirilən tədbirdə mən rayon İH başçısı Ziyəddin Əliyevə vaxtilə Qubada Zərdabinin büstünün olduğu, naməlum səbəbdən dağıdıldığı barədə məlumat verdim. Başçıdan onda xahiş etdim ki, Milli Mətbuatın 145 illiyinə Zərdabinin adını daşıyan qəsəbədə yenidən qoyulsun. İndi təşəkkür edirəm Quba İH başçısı Ziyəddin Əliyevə, mənim təklifimi qəbul edib ölməz "Əkinçi" banisinin adını Qubada yenidən yaşatdığına görə.

Bu çətin pandemiya şəraitində də olsa da büstün və parkın açılışı baş tutub. Sosial məsafə saxlamaqla və maska taxmaq şərtilə Quba İH, hüquq-mühafizə orqanlarının rəhbərləri, mətbuat nümayəndələri, az sayda qəsəbə sakinlərinin qatıldığı mərasimdə "Zərdabi" yenidən bu qəsəbədə göründü. Əvvəlcə ölməz maarifçi jurnalist Həsən bəyin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Quba İH başçısı Ziyəddin Əliyev büstün ətrafındakı bərbad vəziyyətdə olan parkda da yenidənqurma və abadlıq işləri aparıldığını deyib. Ziyəddin Əliyev Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə imzaladığlı sərəncamın çox mühüm əhəmiyyət kəsb etdiyini, sərəncamdan irəli gələn vəzifələrin ölkədə və Qubada uğurla həyata keçirildiyini deyib.

Bildirilib ki, Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin inkişafında da xidmətləri çox yüksək səviyyədədir və bunu hər bir mətbuat nümayəndəsi özlüyündə aydın görür.

Aytəkin Alxaslı