SSRİ-ni qaytarmaq istəyən radikallar işə keçdilər

23 İyul, 2019 09:40 | Siyasət | Baxış sayı: 121
SSRİ
SSRİ

Onlar Rusiyada inzibati binaların zorla ələ keçirməyə çalışıblar

Rusiyada “SSRİ-yə - evimizə” sektasının 20-dən çox radikalı inzibati binaların zorla ələ keçirilməsinə cəhd edərkən yaxalanıblar. Hadisə Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində baş verib. 

İrimiqyaslı əməliyyatda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin, “Rosqvardiya”nın və DİN-in müvafiq qurumlarının əməkdaşları iştirak ediblər.

“Bu cür xüsusi əməliyyatlar yaxın günlərdə, çox güman ki, bütün ölkə üzrə keçiriləcək, belə ki, bu SSRİ tərəfdarları artıq bütün sərhədləri keçirlər”, - güc strukturlarının nümayəndəsi deyib.

Şəhərdəki digər ünvanlarda da binaları ələ keçirmək istəyən sektantlar tutulub.